Məktəblilər arasında mühüm yarış: RESPUBLİKA BİRİNCİLİYİNƏ HANSI KOMANDA QATILACAQ?
Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona yarışları keçirilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında keçirilən birincilikdən öncə təşkilatçılar və yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Çıxış edən FHN-nin Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıb.
Yarış “kombinə edilmiş yanğın estafeti”, “maneələr zolağı”, “komandaların təqdimatı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olub.
Yarışların yekunlarına əsasən, Quba məktəbliləri I yeri, Siyəzən komandası II yeri, Xaçmaz komandası isə III yeri tutub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?