Məryəmin atasını polis studiyadan apardı - VİDEO
Yanvarın 31-də öldürülərək quyuya atılan üç yaşlı Məryəmin atası Taleh Allahyarov saxlanılıb.
APA TV xəbər verir ki, Taleh Allahyarov ATV-nin canlı yayımlanan “Bizimləsən” proqramında iştirak edib.
Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi