Meşəli qurbanları APA TV-yə danışdılar

# 02:38
2 avqust 2023

Bu gün Meşəli soyqırımı qurbanları açıq məktubla beynəlxalq ictimaiyyətə müraciət ediblər. 32 il əvvəl Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kənd sakinləri Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçatryan və onun kimi əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batanların cəzalandırılmasını istəyirlər.

Hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məkunlaşan faciə qurbanları APA TV-yə danışıblar.

"32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər, amma müharibə cinayətkarı Vaqif Xaçatryan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik.

Açıq məktubda Meşəlidə onlara vurulan yaraların hələ də sağalmadığını deyən sakinlər Vaqif Xaçatryan və onun kimi digər müharibə cinayətkarlarının Azərbaycan məhkəmələrində cavab verməsini tələb edirlər. Bəyanatda Vaqif Xaçatryanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir, deyə bildirilib.

Sitat: “Vaxtında Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsə idi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və daha neçə-neçə Azərbaycanın yaşayış məntəqələrindətəkrar olunmazdı. Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur”, - sitatın sonu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR