Məşhur aktyor film çəkilişi zamanı operator və rejissoru güllələdi
ABŞ-da film çəkilişi zamanı çəkiliş qrupuna atəşi baş rolun ifaçısı, məşhur Hollivud aktyoru Alek Bolduinin açdığı məlum olub.
APA TV-nin məlumatına görə, aktyor filmin çəkilişi zamanı çəkiliş qrupuna çəkiliş üçün nəzərdə tutulan rekvizit tapançadan atəş açıb. Nəticədə filmin operatoru ölüb, rejissoru yaralanıb.
Tapançanın döyüş güllələri ilə dolu olması, habelə A. Bolduinin rejissor və operatora hansı səbəbdən atəş açması araşdırılır.
Polis atəşi A. Bolduinin açdığını təsdiqləyib.
Polis tərəfindən dindirilən aktyora qarşı hələlik ittiham irəli sürülməyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu