Məşhur müğənninin qətlini təşkil edən şəxs AZƏRBAYCANDA saxlanıldı

# 13:31
31 avqust 2022

Hindistanda 28 yaşlı tanınmış müğənni, aktyor və Sidxu Konqresinin siyasi lideri Sidxu Mus Valanın qətlini təşkil etməkdə ittiham olunan Saçin Çapan Bişnoy Azərbaycanda saxlanılıb.

 

APA TV  Haqqin.az-a istinadən xəbər verir ki, güllənənmə hadisəsi mayın 29-u Pəncəbda baş verib.

 

Azı 10 güllə yarası alan Sidxu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində üç növ odlu silahın 30-a yaxın güllə gilizi aşkarlanıb.

 

Qətlin təşkilatçılarından biri olan Saçin Çapan Bişnoy hadisədən bir ay əvvəl, bu ilin aprelində Dehlidən Dubaya, iki ay sonra isə saxta pasportla Bakıya qaçıb.

 

Pəncəb polisi baş verən hadisəni rəqib dəstələrin mübahisəsi ilə əlaqələndirir.

 

Onlardan biri qətl hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Qətli təşkil etdiyini etiraf edən Bişnoy hazırda polis nəzarəti altındadır. Bildirilir ki, o, həbsdə olan qanqster Lourens Bişnoyun qohumudur.

 

Hindistan polisinin rəsmi ittihamında deyilir ki, Saçin Bişnoy qatillərə avtomatik silah və silah-sursat verib. Hazırda Pəncəb polisi və Hindistan XİN onun Azərbaycandan ekStradisiyası üzərində çalışır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR