Məşhurun bağ evinə ayı girdi: ANBAAN
Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.
APA TV-nin məlumatına görə, bu barədə o, feysbuk hesabında yazıb.
“Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın yəni itimin setkasına cumur, yaxınlaşanlara hücum edirdi...”. – deyə Murad Arif bildirib.
Bəstəkar-müğənni həmçinin belə məqamda nə etmək lazım olması barədə də məsləhət istəyib.
“Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka filan? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi”, - deyə o, sözlərinə əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib