Məşq zamanı 7 yaşlı uşağı öldürən idmançının məşq yoldaşı Apa TV-yə danışdı - APA TV

# 10:57
3 may 2023

Sumqayıtda Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri iki gündür ölkənin gündəmini silkələyib.

Ekranda gördüyünüz şəxs 7 yaşlı  Fəriddir. Valideynləri onu daha da sağlam olması, uğur qazanması üçün idman məşqlərinə yazdırmışdı. Amma  azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin  qurbanı oldu. Videoda  idmançı Mehman Xəlilov sambo məşqləri zamanı 7 yaşlı Fəridə qarşı amansız hərəkətlər edir, uşaq ayağa qalxa bilməyəcək vəziyyətdə olsa belə müəllim qəddarcasına uşağa məşqə davam etməsi üçün təzyiq göstərir. Uşağın ağır zədə almağına laqeyd yanaşır.

Vəziyyəti kritik həddə çatan azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada  vəfat edir. Azyaşlıya zorakılıq göstərən Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib. Bir müddət Mehman Xəlilovla birlikdə çalışan  Sambo idman növü üzrə  Avropa çempionu Cavidan Qarayev deyir ki, valideynlər övladlarını idman məşqlərinə qoyarkən müəllimi araşdırmırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR