Metroda ölən şəxs kimdir?
Bakıda metroda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, hadisə saat 06:30 radələrində “Əhmədli” metrostansiyasında qeydə alınıb.
Bakı şəhər sakini 67 yaşlı Zülfəli Kazımov platformada qatar gözləyərkən qəfil yerə yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.
Həkimlər onun ürəktutmasından öldüyünü müəyyən edib.
Onun meyiti çıxarılaq aidiyyatı üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib