Meyxanaçı Rəşad Dağlı prokurorluğa belə gətirildi - APA TV

# 13:33
10 noyabr 2022

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

 

APA-nın əldə etdiyi xəbərə görə, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

 

Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.

 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Nəticədə meyxanaçı bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR