Minatəmizləmə üçün Azərbaycana siçovullar gətiriləcək
"Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək".
Bunu APA-ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır:
Onun sözlərinə görə, ilkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə ediləcək. Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edildiyini deyən Vüqar Süleymanov bu heyvanların kifayət qədər dəstək verdiyini qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu