Minə yaxın vətəndaşın "Whatsapp" hesabı ələ keçirildi – APA TV
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bildirir ki, hazırda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub.
Hazırda məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu