Mingəçevir sakinləri Şəkidə tutuldu - SƏBƏB
Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə Polis Şöbəsinə müraciətlər daxil olub.
APA TV xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri-əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb. Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib