Mingəçevirdə yağış həyatı çətinləşdirdi
Mingəçevirdə yağan güclü yağış küçələrdə sel suları yaradıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, gecə saatlarında güclənən yağış zamanı küçələrdə piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Yağışlı havada ən çox əziyyət çəkən sürücülər olub. Şəhərin bir sıra küçələrində maşınlar xarab olaraq suda qalıb, digərləri isə çətinliklə keçə bilib.
Bir neçə saat yağan yağış həyətlərə də dolub. Aidiyyəti qurumlar yağışın yaratdığı fəsadları aradan qaldırmağa çalışır.
DİGƏR XƏBƏRLƏR
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü