Mingəçevirdə yola aşan ağac nəqliyyatın hərəkətində məhdudiyyət yaratdı
Mingəçevirdə iri qovaq ağacı yola aşıb.
APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirin girişində baş verib.
Gözlənilmədən yola aşan iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb.
Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə aidiyyəti qurumun işçiləri cəlb olunub. Aşan ağac yoldan götürülərək nəqliyyatın hərəkəti bərpa olunub.
Ehtiram Muradov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi