Bank Of Baku

Mingəçevirdə zəncirvari qəza ölümlə nəticələndi

# 17:59
9 aprel 2020

Mingəçevirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Energetiklər qəsəbəsində yük maşını minik avtomobilinə daha sonra isə yol kənarında hərəkətsiz dayanan velosipedə dəyib.

Nəticədə avtomobildə olan 31 yaşlı Rövşən Səfərov və velosipedçi 30 yaşlı Elman Abdullayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Elman Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR