Minik avtomobili traktorla toqquşub, ölən var
Oğuzda minik avtomobili traktorla toqquşub.
APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib.
1993-cü il təvəllüdlü Xaçmaz kənd sakini Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi “VAZ 2107” markalı, 90-EC-487 dövlət nömrə nişanlı minik avtomobil ilə 1965-ci il təvəllüdlü kənd sakini Etibar Müsalim oğlu Usubovun idarə etdiyi traktor toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Oğuz
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi