Minik və yük maşını toqquşdu - ŞƏKİDƏ
Şəkidə yük maşını ilə minik avtomobili toqquşub.
APA TV-nın məlumatına görə, hadisə səhər saatlarında şəhərin Salman Mumtaz və Məzahir Abbasov küçələrinin kəsişdiyi yerdə baş verib.
Taryel Həbubullayevin idarə etdiyi “Zil 132” markalı yük maşını “VAZ 2106” ilə toqquşub. Qəza zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, onun sərnişini Gülnar Ramazanova yaralanaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib