MN: Azərbaycana məxsus təyyarə və helikopterin vurulması yalandır
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması yalandır.
APA TV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?