MN: Heç bir yeni hücum olmayıb, görünür, erməni hərbçilər arasında növbəti atışma baş verib
"Erməni tərəfinin açıqlaması uydurma və dezinformasiyadır".
APA TV xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
“Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.
Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”, - deyə MN rəsmisi bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi