Moskva səmasında müəmmalı "qara üzük" peyda oldu

# 17:09
27 mart 2023

Rusiya sakinləri Moskva səmasında peyda olan və qəribə formada hərəkət edən qara tüstünü lentə alıblar.

“Moskva 24” telekanalının məlumatına görə, Stroqino rayonunda görünən və mistik portalın girişinə bənzəyən qara tüstüdən ibarət fiqur təsadüfən lentə alınıb. Həmin an ətrafda olan hər kəs "Qara üzüyü" lentə almağa tələsib.

 

Lakin sakinlərin gördüklərinin mistika ilə heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Mütəxəssislər bu cür qara tüstülərin bəzən borudan çıxdığı zaman atmosferdə yayılmadan yuxarı qalxdığını deyiblər.

 

Qeyd edək ki, məlumatı azvizion.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR