Moskvada Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub

# 17:55
28 aprel 2023

Aprelin 27-də  Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə görkəmli oftalmoloq alim, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun, Rusiya ictimaiyyətinin və diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun və “Qaya” qrupunun ifaları dinlənilib.Çıxış edən səfir Polad Bülbüloğlu tədbir iştirakçılarına Zərifə xanım Əliyevanın zəngin və işıqlı ömür yolundan danışıb. O, Zərifə Əliyevanın bir alim kimi Azərbaycanda oftalmologiyanın inkişafına verdiyi töhfələrdən də söz açıb. Onu şəxsən tanımaq şansı olduğunu qeyd edən səfir Zərifə xanımın çoxşaxəli və parlaq insan olduğunu, musiqini, mədəniyyəti, incəsənəti çox sevdiyini, özünün də pianoda ifa etdiyini, gözəl həkim olmaqla bir çox insanlara kömək etdiyini vurğulayıb.

 

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu günlərdə Moskvada bir sıra tədbirlərin keçirildiyini də qonaqların diqqətinə çatdırıb.

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Refraksiya patologiyası və oftalmoerqonomika şöbəsinin müdiri, professor, Azərbaycan Respublikasının əməkdar həkimi Rasim Hacıyev və tibb elmləri doktoru, professor,  Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Helmqolts adınan Göz xəstəlikləri İnstitutunun  şöbə müdiri

Yelena Tarutta Zərifə xanım Əliyevanın yüksək peşəkarlıq və insani keyfiyyətlərindən danışıb. Bildirilib ki, bu gün də Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiə etdiyi institutda onu həqiqətən də istedadlı alim, böyük təşkilatçı və çox məqsədyönlü qadın kimi yaxşı xatırlayırlar və onun haqqında son dərəcə gözəl danışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR