Motosiklet sürücüsünü döyən şəxs həbs olundu

# 15:44
26 aprel 2022

Bakıda moped sürücüsünü döyən şəxs həbs olunub

 

Bakıda moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

 

APA-nın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

 

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. “Lexus” markalı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtomobillə sıxaraq xəsarət yetirib. Daha sonra “Lexus”un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR