Müdir müştərini bıçaqladı
Bakıda çay evində bıçaqlanma olub. APA məlumat yayıb ki, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Naxış" çay evində qeydə alınıb. Çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu