"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi hamımızı çox narahat edir"

# 07:14
17 sentyabr 2022

 

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. APA xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır. Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir”,- deyə Rusiya Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR