​​​​​​​Muğanlı-İsmayıllı yolunun yenidən inşa edilən sahəsinə media-tur təşkil olunub

# 20:03
27 aprel 2023

Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən inşa olunan hissələrinə media-tur təşkil olunub.

Media-turda yolun əhəmiyyəti vurğulanıb, yolun Bakıdan İsmayıllı, Qəbələ Oğuz, Şəki, Zaqatala, Balakən istiqamətinə aparan, regionları birləşdirən ən qısa yol olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, yol Heydər Əliyevin tapşırığına əsasən, 70-ci illərdə inşa edilib, indi də ölkə rəhbərliyinin tapşırığı ilə yenidən qurulur. Hazırda yolun genişləndirilməsi işləri aparılır. Yolun ilk 14 km-lik ərazisi sürüşmə ərazisidir, sürüşməyə meylli hissədir, burada yol yenidən inşa edilir və müəyyən ərazilər genişləndirilir. Yol boyunca yeni yaşıllıqların salınması planlaşdırılıb.

Muğanlı-İsmayıllı yolunun uzunluğu 76.8 km. olacaq. II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir.

 

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR