Mülki şəxs Suqovuşanda minaya düşərək həlak olub
Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib.
APA TV-nin xəbərinə görə, Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Suqovuşan kənd ərazi nümayəndəsi Xaliq Hümbətov APA TV-yə açıqlamasında bildirib ki, Bəxtiyar Mahmudov işğaldan işğaldan azad olunmuş əraziyə qeyri-qanuni yolla keçib. Ermənilərin minaladığı əraziyə girib və minanın partlaması onun ölümünə səbəb olub.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü