Naməlum şəxs atəş açdı: YARALILAR VAR
Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.
APA TV xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.
Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.
Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.
Polis hələlik onu yaxalamayıb.
Perronda və vaqonlarda yaralılar var.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?