Narkomanların gizli ocağı: Bura Bakıdır?

# 21:31
24 iyun 2022

Gözdən uzaq deyil... Amma deyəsən könüllərdən iraqdır... Dediklərimizin şahidi olmaq üçün Bakının “Sovetski” adlanan məhəlləsinə arabir baş çəkmək yetər. Ona görə yox ki, məhəllə sökülsə də sakinlər köçürlməyib, ona görə ki, burda yaşayanlar günün günorta çağında da təhlükə ilə üz-üzədirlər. Niyəsinə gəlincə... Bura paytaxt narkomanlarının üz tutuduğu, gecələdiyi əsas məkanlardan biridir. Gördüyünüz bu məkandakı evlər plana düşdükdəndən sonra buradakı yarımtikililər narkotikdən asılılığı olan insanların toplaşdığı əraziyə çevrilib. Səid Rüstəmov küçəsi 25 ünvanında yaşayan sakinlərin sözlərinə görə, elə gün yoxdur ki, bu ərazidə təhlükəli anlar yaşanmasın. Çünki günün müxtəlif saatlarında ərazinin boş olduğunu görən narkomanlar məhz bu ünvana toplaşır. Çəkiliş qrupumuzla müşahidə etdik ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ərazidə post-patrul xidməti də fəaliyyət göstərir Deyirlər narkotikdən asılılıq işgəncədir. Bunu müsahibimiz olan mütəxəssislərlə yanaşı, “ağ ölümün” pəncəsindən xilas olan keçmiş narkomanlar da deyir. Gördüyünüz bu məkanda sahibsiz heyvanlar belə üfunətdən ayaq saxlamır. Gündüz saatlarıdır. İndi sizə təqdim etdiyimiz bu məkanda yerə atılmış yeni, hətta üstünə toz belə qonmamış şprislər, saralmamış siqaret kötükləri deməyə əsas verir ki, burda hər gün, hər saat toplaşıb narkotikdən istifadə edənlər olur. İndi narkomanların gecələdikləri daxmalara yaxınlaşırıq. Çox çətinliklə. Gördüyünüz kimi ərazi dağıdılıb, amma deyəsən yarımtikililər həm də bir ocaqdır. Bəlkə də kimsəsiz insanlar yaşayır, amma gördüklərimiz onu demir, uzaqda içərində gecələmək üçün yastıq, adyal və s görürəm. Üfunət qoxusu və həşaratlarla dolu olan bir məkana daxil olub orada yaşayanların həyat tərzini sizə göstərmək niyyətindəyəm. Burda gecələmək üçün yastıq, adyal, eyni zamanda yeni gödəkçə də var. Görünür gecələr soyuq olanda geyinilir bu gödəkcə və yenidir. Boş şirə şüələri, iynələr, siqaret kötükləri ilə doludur. Yaşanılması 1 an belə mümkün olmayan bu tikilinin içərisində 1 saat nəfəs almaq mümükün deyil, nəinki 1 gecə. Amma görünən odur ki, narkotik qurbanları bura gündüz, gecə fərqi qoymadan ayaqüstü olsa belə baş çəkirlər. Sakinlərin rahatlığı pozulur, axı burda hələ də sökülməyən məhəllələr var, orda uşaq böyüyür, ailələr yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR