Narkotiklərin yayılmasında məmurların əli var? - DEPUTATDAN ŞOK AÇIQLAMA
“Bizdə qeyri-rəsmi məlumatlar var, dövlət qurumlarında narkotik testindən keçirilməsinə ehtiyacı olan, narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.
APA TV-nin xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkoman aşkar olunsun. Onlar dövlət qurumunda yer almasın”, - deyə deputat vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib