NATO Ukraynaya yeni silahlar GÖNDƏRƏCƏK

# 15:52
28 fevral 2022

Ukrayna rəsmiləri Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti ələ keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

 

APA-nın BBC-yə istinadən xəbərinə görə, Ukraynaya məxsus “Energoatom” dövlət şirkəti bu barədə yayılan iddiaları yalan adlandırıb.

 

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov Rusiya qoşunlarının Avropanın ən böyük AES-i olan Zaporojye ətrafındakı əraziyə nəzarəti tam ələ keçirdiyini bildirib. O, Rusiya personalının AES-in fəaliyyətinə və radioaktivlik səviyyəsinin normal səviyyədə saxlanılmasına nəzarət etdiyini açıqlamışdı.

 

Yeri gəlmişkən Ukrayna Prezidenti Volodimir Zelenski və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Bu barədə Stoltenberq "Twitter"də bildirib.

 

“İndicə Prezident Zelenski ilə danışdım, ona Ukrayna xalqının və silahlı qüvvələrinin şücaətinə görə sayğımı ifadə etdim. NATO müttəfiqləri hava hücumundan müdafiə raketləri, tank əleyhinə silahlar, habelə humanitar və maliyyə yardımı ilə öz dəstəyini artırır”, - deyə NATO Baş katibi bildirib.

 

BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçalet isə fevralın 24-dən bəri Ukraynada azı 102 mülki şəxsin həlak olduğunu, 304 nəfərin yaralandığını bildirib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR