Naxçıvanda məskunlaşan qərbi azərbaycanlılar danışır: “Əlləri xəmirli qaçmışdıq”

# 17:20
20 yanvar 2023

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Həmin qaçqınların bir hissəsi hazırda Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşıblar. Onlar həmin ərəfələrdə yaşananları belə xatırlayırlar.

Bu hadisələr Azərbaycan xalqının etirazına və 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsinə, kütləvi qırğınlara səbəb oldu.

Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləboran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı.

20 yanvar hadisələrindən sonra 90-cı illərdə bir neçə dəfə dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Xocalı, Ballıqaya, Başlıbel faciələri yaşandı. Azərbaycanın torpaqları işğal edildi.

Amma Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndinə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər və Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR