Nazir Kəmaləddin Heydərov yanğın baş verən ərazidə
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.
APA TV-nin məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.
Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.
Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib