Nazir: Məktəblərdə pul şəffaf şəkildə yığılsın
”Təhsil sektoru elə sektordur ki, burada əlavə 1 manat belə vəsait təhsilə xeyir verə bilər. Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".
APA TV xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hamımız rüşvətin əleyhinəyik. Lakin valideylər öz büdcəsindəki əlavə gəlirlərini məktəbə verməklə dəstək olmaq istəyirsə? buna heç bir məhdudiyyət olmamalıdır: ”Mən açıq aydın deyirəm ki, rüşvətə qarşıyam. Amma sual verirəm, məktəb “fandezim” məşğul ola bilərmi? “Fandezim” ondan ibaretdir ki, vətəndaş bütün xərclərin ödədikdən sonra əlindəki 1 manatı, məktəbə vermək ayıbdırmı? Günahdırmı? Əgər günahdırsa biz deməliyik ki, vətəndaş bunu etməməlidir”.
Nazir bildirib ki, hansısa valideyin məktəbin büdcəsinə öz vəsaiti ilə dəstək vermək istəyirsə, bununla bağlı mexanizim yaradılmalıdır: “Yoxsa ki biz deyir ki, məktəblərdəki qanun pozuntusu var, külli miqdardadır. Qanun pozuntuları isə, qanun olmadığı üçün yaranır. Ya qanun demılidir ki, bu qadağandır, o zaman biz bilməliyik ki, təhsilə əlavə resus gəlmir, təhsil elə bir şeydir ki, orada əlavə resusa həmişə ehtiyac var. Çünki nə qədər vəsait gəlirsə, nəticə bir o qədər yaxşı olur. Həmişə bir manat əlavə gəlirin faydası olur. Lakin bunlar cəmiyyətlə və valideylə razılaşdırılmalıdır. Heç kim məcbur iştirak etməməlidir. Könüllü şəxslər orada olmalıdır. Lakin iştirak etmirsə fikir də bildirməməlidir. Çünki iştirak edənlərə yaxşı deyil”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, məktəblərdə hər hansı ictimai birliklər fəaliyyət göstərə bilər, bura üzv olan şəxslər isə ianə edə bilər. Lakin bütün bu prosedur bank hesabları ilə aparılır. Lakin başqa cür heç bir halda istər könüllü, istərsə də məcbur olaraq pul yığıla bilməz: ”Ona görə ki, dövlət orta təhsil məktəblərini bütün lazım olan dərsliklərlə və s. lazım olan əşyalarla təmin edir. Azərbaycanda təhsil icbari və pulsuzdur. Bütün işlər üçün vəsait ayrılır. Kağızdan tutmuş, dəmir zibil qutularına kimi vəsait ayrılır”.
Ekspert deyir ki, belə olan halda sual yaranır. Məktəbdə hansı məqsəd üçün pul yığılmalıdır?
Semral Cavad
Kamran Namazov
APA TV
DİGƏR XƏBƏRLƏR

Sertifikatları otağa sığmır, amma, qeydiyyatda yoxdur – “uzman həkim”in izi ilə

Bakıda ev sahibi müqavilə bağlamaq istəmir, kirayəçi evdən çıxmır

İsrail–İran gərginliyi: Ballistik raketlər, dron hücumları və nüvə qorxusu
