Nazir müavini Qazaxın 7 kəndi və Kərkinin qaytarılmasından danışdı

# 13:28
10 may 2022

Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib.

 

APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə səylər davam etdirilir.

 

Xələf Xələfov qeyd edib ki, sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılmalıdır.

 

Nazir müavini Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

 

Xələf Xələfov bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır: “Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”.

 

Ermənistanda baş verənlərdən də danışan nazir müavini  bildirib ki, bu, Ermənistanın daxili işidir

 

Ermənistanda bu gün müəyyən mənada etirazlar var. Müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır. Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir”, - deyə Xələf Xələfov vurğulayıb.

 

Nazir müavini həmçinin vurğulayıb ki, Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək. O bildirib ki, iclas bu ay Tehranda keçiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR