Nəcməddin Sadıkovun yaxın adamı həs olundu
Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub.
APA TV xəbər verir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, o, dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham olunur. Ötən gün Zahid Niftəliyev barəsində prokurorluğun təqdimatına baxılıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zahid Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib