Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Elman Quliyevə cinayət işi açıldı

# 15:37
26 aprel 2021

Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, aparılmış istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatları hazırlayıb, müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

Quliyev Elman Mətləb oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

İstintaq zamanı vurulmuş maddi ziyanın tam ödənilməsi təmin edilib. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR