Neftçalada vaqonda yaşayan keçmiş iş adamından DƏHŞƏTLİ İDDİALAR 

# 16:45
15 mart 2022

Hər şeyini itirdi, şəxsi əmlakını, illərlə əmək sərf edib qurduğu işini, 2 övladını və həyat yoldaşını. Əslən Neftçalanın Bankə qəsəbəsindən olan 73 yaşlı (1949-cu il təvəllüdlü) Zeynalov İbrahim  Məhəmməd oğlu 12 il əvvəl başına gələnləri APA TV ilə bölüşdü. Dediyinə görə, keçmiş MTN-çilərin haqsızlıqları və yaşanan stress nəticəsində 2 övlad atası olan 39 yaşlı oğlu İlkini və 2 övlad anası olan qızı 37 yaşlı Səbinənin itirib. Övladlarının itkisinə dözmyən həyat yoldaşı da bir il öncə dünyasını dəyişib. İndi İbrahim Zeynalov bir müddət əvvəl xanımından ayrılan oğlu İlqarla baş-başa qalıblar. Hazırda hər şeylərini itirən İbrahim Zeynalovun oğul və qız nəvələri Bakıda kirayədə yaşayırlar. 

İbrahim Zeynalov deyir ki, 2008-ci ilin dekabrın 19-da MTN əməkdaşları gəlib məni evdən apardılar: “Orda bir nəfər qadın gətirib mənim üzümə durğuzdular ki, mən bundan 1250 manat rüşvət almışam. Onu da  başa düşdüm nədir. 1 sutkadan sonra məni qaldırdılar araşdırma  aparmaq üçün istintaq şöbəsinə. Heç nə başa düşmürəm. Yasin Məmmədov adlı müstəntiqin yanına gətirdilər. Bundan sonra mənim ağır günlərim başladı. Bunlar mənə əvvəlcə  dedilər ki, sən yaxşı kişisən 20 milyon manat  ver çıx get evə. Mən isə bildirdim ki, mənim o qədər pulum  yoxdur axı,  mümkün olan şey deyil. Odan sonra başladılar  izahat almağa. Axşam çağı məni apardılar Mövlan Şıxəliyevin yanına. Sonra bildim ki, baş istintaq idarəsinin rəisidir. Onda general deyildi, mən həbsdə olanda o general rütbəsini aldı. Adı ilə tanımırdım, görəndən sonra tanıdım.  Amma “şokda” idim, ağır yeridi, heç nə deyə bilmədim. Mənə dedi ki, ağsaqqal, Yasini (müstəntiqi) incitmə, gəl onunla razılaş, yaxın günlərdə buraxaq səni çıx get. Elə bil bazarda alver edirdilər. Onların dediyinə razı olmadım. Ertəsi gün məni gətirdilər Səbail məhkəməsində mənə 2 həbs qətimkan tədbiri seçdilər. Dəhşətli günlər yaşadım. Sonra Yasin Məmmədov mənə dedi ki, sənin bu Ziya ilə (Ziya Səmədzadə) nə məsələn olub. Dedim onda məni Ziyad tutdurub? Başıyla bildirdi ki, həə...Ziyad Səmədzadə ilə mənim uzun müddət münasibətim olub. Çörək kəsmişik. Bir-birimizin evində olmuşuq, yaxınlığımız olub”.

İbrahim Zeynalov deyir “Ümid” adlı müəssisəsi olub. Azərbaycanda ilk fındıq zavodunu açan sahibkar emal etdiyi məhsulu  xarici ölkələrə ixrac etməklə gəlirli sahəni idarə edib. Biznesini genişləndirməklə daha böyük işlərə qol qoymaq istəyib. Amma...amması da bəlli. Deyir ki, həbsdə olanda ailəsinə də təzyiqlər göstəriblər, övladlarını hədələyiblər. Uşaqları zavodu, xalça fabrikini, sexləri, evləri, maşınları, qızıl-zinət əşyalarını, bağları, bir sözlə, nə var idisə, hamısını satıb Eldar Mahmudovun dəstəsinə 8 milyon dollar veriblər.

Dediyinə görə, onu azad ediblər, amma yenə yaxasından əl çəkməyiblər. Aeroportun arxasında 4 hektar torpaq ərazisi qalıbmış, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlindən alıb. Hazırda yaşadığı vaqon isə bibisoğluna məxsusdur. O burada oğlu ilə birlikdə yaşayır və 280 manat pensiya alır.

Xatırladaq ki, Mövlam Şıxəliyev və digərlərinin iş adamları və bir sıra vəzifəli şəxsləri qanunsuz həbs etdirib külli miqdarda pul tələb etməsinə görə cinayət işi başlanılıb. Hazırda işə Bakı Hərbi Məhkəməsində baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR