Torpaq uçqunu oldu: Yol bir saatdan çox bağlı qaldı

# 18:02
8 aprel 2022

İsmayıllı rayonunda torpaq uçqunu baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son bir ayda rayona yağan qar və yağış səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib.

 

Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Bir saatdan çox yolun bağlı qalması səbəbindən Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm, Dəmirçi kəndlərinə gediş-gəlişi mümkün olmayıb.

 

Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub və torpaq uçqunu təmizlənərək yol açılıb.

 

Şahnəzər Bəşirov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR