Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi
Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib.
APA TV xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.
Daxili İşlər Nazirliyindən APA TV-yə faktI təsdiq ediblər.
Namidan Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin tabeliyində olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu