Niyə mayda toy etməkdən qorxurlar? - Həqiqətən uğursuzluq gətirir?

# 21:27
17 may 2022

Azərbaycanda digər aylarla nisbətdə may ayında daha az toy olur. Bəziləri buna səbəb kimi xurafatı, bəziləri may ayında yaranan qıtlığı göstərir, bəzilərisə düşünür ki, bu ruslardan gəlmə adətdir.

Elə vətəndaşlar arasında keçirdiyimiz sorğu zamanı da buna şahid olduq.

 

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bu iddiaların heç bir elmi əsası yoxdur. Hazırda may ayında toyların olmaması birbaşa batil inanclarla bağlıdır.

 

İlahiyyatçı Hacı Şahin Həsənli isə düşünür ki, ayların neqativ təsiri ilə bağlı düşüncələrin İslam dininə heç bir aidiyyatı yoxdur. O cümlədən, İslam dinində miladi təqvimindəki aylara dair hər hansısa qadağa da nəzərdə tutulmayıb.

 

Mövzu ilə bağlı toy-nişan təşkilatçıları ilə də əlaqə saxladıq. Məlum oldu ki, may ayında ən yaxşı halda 10-12 sifarişləri olur. İyun ayında isə bu rəqəm 30-u keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR