Novella Cəfəroğludan QHT-lərə ŞOK İTTİHAM

# 14:09
14 fevral 2022

“Vətən müharibəsi dövründə Salavyovun qarşısına çıxmağa jurnalist tapa bilmədik”.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin və beləliklə də xaricdə tədbirlərə qatılmasının qarşısı alınıb: “Bizim QHT-lər xarici donorlardan əldə etdikləri pula ev, kostyum alırlar, dövlətə qarşı fəaliyyət aparmırlar. Heydər Əliyevin dönəmində Azərbaycanda bir sıra xarici donorlar vardı, onlarla da işlənirdi. Onlar sonra ölkədən çıxarıldı. Bu xarici donorlarla işləmək, onların imkanlarından Azərbaycanın maraqları üçün istifadə etmək lazım idi. QHT-lərə imkan verin, xarici donorlarla işləsinlər”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR