Novruz şənlikləri keçiriləcək məkanlarda operativ yanğın-texniki müayinələr aparılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
FHN-dən APA TV-yə verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublikanın şəhər və rayonlarında Novruz şənlikləri keçiriləcək qapalı və açıq məkanlarda yanğın təhlükəsizliyi tələblərinin təmin olunması ilə bağlı operativ yanğın-texniki müayinələr keçirilib.
Müayinələr zamanı ilk növbədə tədbir keçiriləcək məkanlarda yanğın mühafizə sistemlərinin mövcudluğuna, sazlığına, yanğına qarşı su təsərrüfatının, ilkin yanğınsöndürmə vasitələrinin işlək vəziyyətdə olmasına, fövqəladə hal zamanı insanların təxliyəsinin düzgün təşkili imkanlarına diqqət yetirilib.
Fövqəladə Hallar Nazirliyi bayram şənlikləri zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha xatırladır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu