Oğuz sakini oğlunun toyundan sonra canına qıyıb
Oğuzda 51 yaşlı kişi övladının toyundan üç gün sonra canına qıyıb. Hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı Ceyhun Məmmədkərimovun intihar etdiyi məlum olub. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. Məlumata görə, C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib. Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu