Oğuzda ağır qəza: Bir polis öldü, digəri isə...
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.
Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN mətbuat xidmətinin əməkdaşı Mahir Məsimov bu barədə məlumat verib: “Qeyd edim ki, hər iki şəxs Oğuz Rayon Polis Şöbəsinin əməkdaşıdır. Və hadisə təxminən 4 radələrində onların xidmətdə olduqları zaman baş verib. İbrahim Səfərov müalicəsinin davam etdirilməsi üçün DİN-in hospitalına təxliyə olunub”.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu