Oğuzda dəhşət: kişi arvadını baltaladı
Oğuzda 61 yaşlı kişi arvadını baltalayıb.
Hadisə axşam saatlarında şəhərin Arzu Əliyev küçəsi dalan 2, ev 3 ünvanında baş verib. Ailə münaqişəsi zəminində Nazim Rəhimov balta ilə həyat yoldaşı, 57 yaşlı Sevinc Rəhimovanın başının arxa hissəsinə ağır xəsarət yetirib. Daha sonra Nazim Rəhimov bıçaqla özünün döş qəfəsinə bir-neçə yerdən xəsarətlər yetirib və sirkə turşusu içib. Hadisə zamanı xəsarət alan Nazim Rəhimov və Sevinc Rəhimova Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu