Bank Of Baku

Oğuzda kəndə hücum edən canavarlar 14 qoyunu parçaladı

# 18:33
17 mart 2020

Oğuzda canavarlar kəndə hücum edib. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kəndə hücum edən bir-neçə canavar kənd sakini Adil Cabbarovun mal tövləsinə soxulub. Canavarlar tövlədə olan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 14-nü yaralayıb, 2 heyvanı isə sürüyərək özləri ilə aparıblar.

Yırtıcıların parçaladığı heyvanlar kənd ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb.

Heyvan cəsədləri basdırıldıqdan sonra ərazi dezinfeksiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR