Oğuzda minik avtomobilləri toqquşdu
Oğuzda iki minik avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb. APA TV-nin Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Bucaq kəndi ərazisində baş verib. 99 UB 305 nömrəli “Ford Tranzit” markalı avtomobillə 09 BP 419 nömrəli “2107” markalı avtomobil toqquşub. Hadisə zamanı “2107”nin sürücüsü 1986-cı il təvəllüdlü Xocalı rayon sakini Quliyev Rəhim Cəlal oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu