Ölkədə ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlanılıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb.
Bununla əlaqədar olaraq aprelin 11-də bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı mərasimi keçirilib.
Təqdimat mərasimində kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında “SOCAR-STP” MMC tərəfindən hazırlanıb.
İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.
Əli Əliyev
Ağa Əlizad
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib