Ticarət obyektində yanğın baş verdi
Tərtər rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Tərtər şəhər Elman Hüseynov küçəsində qeydə alınıb. Şövkət Hüseynovaya məxsus, 100 kvadrat metrlik ticarət obyektinin 60 kvadrat metr sahəsi yanıb. Yanğından mühafizə bölmələri tərəfindən alovun qarşısı alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy APA TV, Tərtər
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu