Orta məktəb müəllimi qəfil vəfat etdi
Abşeronda orta məktəb müəllimi qəfil vəfat edib.
APA TV xəbər verir ki, Fatmayı kənd orta məktəbin ibtidai sinif müəllimi Pərvin Məmmədova Yusif qızı qəfil dünyasını dəyişib.
Abşeron təhsil şöbəsinin rəsmisi Aysel Tahirovadan APA TV-yə verilən xəbərə görə, hadisə 15 may tarixində axşam saatlarında baş verib. Pərvin Məmmədovanın ölüm səbəbi haqqında hələlik məlumat yoxdur.
Qeyd edək ki, 35 yaşında dünyasını dəyişən Pərvin Məmmədova iki uşaq anası olub.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?